“Borussiya Dortmund”da Kehl dönəmi başa çatdı
Almaniya Bundesliqa təmsilçisi “Borussiya Dortmund” klubunda mühüm ayrılıq baş verib.
90plus.az xəbər verir ki, klubun idman direktoru Sebastian Kehl ilə yolların ayrıldığı rəsmən açıqlanıb. Verilən məlumata görə, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyublar.
Klub tərəfindən yayılan açıqlamada bu qərarın həm rəhbərlik, həm də Kehl tərəfindən dostcasına qəbul edildiyi bildirilib.
Sebastian Kehl “Borussiya Dortmund” üçün yalnız funksioner kimi deyil, futbolçu kimi də uzun illər xidmət edib. O, klubun formasını geyindiyi dövrdə azarkeşlərin sevimlilərindən biri olub.
Kehl açıqlamasında klubun onun həyatında xüsusi yer tutduğunu və təxminən 24 il ərzində bu ailənin bir parçası olmaqdan qürur duyduğunu vurğulayıb.
© Copyright 2026, All Rights Reserved