“Borussiya” X-in üstündən xətt çəkdi!
Almaniya Bundesliqasının təmsilçisi "Borussiya Mönxenqladbax" X (Twitter) platformasından istifadəsini dayandırmağa qərar verdi.
90plus.az xəbər verir ki, klub bununla bağlı bəyanat verib:
"Platforma sahibinin alqoritm üzərində aşkar təsiri sosial şəbəkənin orijinal ideyasına ziddir və bizim məzmunumuza və ünsiyyətimizə mənfi təsir göstərir."
“Saxta xəbərlər, nifrət, zorakılıq və sui-qəsd nəzəriyyələri olan məzmunu istifadəçilərinə getdikcə daha çox sırıyan platforma bizim dəyərlərimizə və ideyalarımıza ziddir”.
© Copyright 2025, All Rights Reserved