"Borussiya"nın futbolçusu "Milan"ın radarında
“Borussiya”nın oyunçusu Yulian Brandtın karyerasını İtaliyada davam etdirməsi ehtimalı yüksəkdir.
90plus.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi üçün “Milan” klubu rəsmi maraq göstərib.
“Rossonyerlər” mövsümün sonunda “Borussiya” ilə müqaviləsi başa çatacaq alman futbolçunu heyətinə qatmaqda qərarlıdır.
Lakin Brandtın Dortmund təmsilçisi ilə müqaviləsi əslində 2026-cı il iyunun 30-na qədər qüvvədədir. O, 2019-cu ildə “Bayer”dən “Borussiya Dortmund”a transfer olunmuşdu.
© Copyright 2026, All Rights Reserved