“Boş stadionlarda oynamaq ağırdır” Yankoviç
"Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç Azərbaycan çempionatında oynamağın ağırlığından danışıb.
90plus.az xəbər verir ki, Marko Azərbaycanda azarkeşlərin stadiona gəlməməsindən gileylənib:
"Avropa Liqasından sonra Azərbaycan Kubokuna və çempionata köklənmək çox çətindir. Boş stadionlarda oynamaq ağırdır. Ambisayalar fərqlidir. İnsanlar stadiona gəlmək istəmir. Onlar isti evlərində oturub televizordan oyunları izləyirlər. Bu, insanların düşüncəsidir. Çox çətindir".
📰: Futbolinfo
© Copyright 2025, All Rights Reserved