Braziliya millisində növbəti itki
Braziliya milli komandası dünya çempionatı ərəfəsində daha bir itki ilə üzləşib.
90plus.az xəbər verir ki, beşqat dünya çempionlarının müdafiəçisi Vanderson zədələnərək sıradan çıxıb.
Monako klubunda çıxış edən futbolçu sol bud əzələsindən əməliyyat olunub. 24 yaşlı sağ cinah müdafiəçisinin təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu səbəbdən Vanderson yayda ABŞ, Kanada və Meksikada təşkil olunacaq 2026 FIFA Dünya Çempionatında iştirak edə bilməyəcək.
Braziliya millisinin digər üzvü Rodrygo da DÇ-2026-da forma geyinə bilməyəcək. Real Madridin vingeri dizindən əməliyyat olunub və 25 yaşlı futbolçunun yalnız 2027-ci ilin əvvəlində yenidən meydana qayıdacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved