Braziliyalı futbolçu oyundan əvvəl vəfat etdi

Braziliyanın "XV de Jau" komandasının 26 yaşlı yarımmüdafiəçisi Qabriel Popo "Unian Suzano" ilə görüşdən bir neçə saat öncə klubun bazasında vəfat edib.
90plus.az xəbər verir ki, futbolçuya zəruri tibbi müdaxilələr edilsə də, onu həyata qaytarmaq mümkün olmayıb.
Qabriel Poponu otaqda komanda yoldaşlarından biri huşsuz halda aşkar edib. Hadisə yerinə əvvəlcə klubun tibbi heyəti, daha sonra isə təcili yardım briqadası gəlib və onun həyatını xilas etməyə çalışsalar da, səylər nəticəsiz qalıb.
Üçüncü Paulista divizionunda mübarizə aparan "XV de Jau" və "Unian Suzano" kollektivləri arasında keçirilməsi nəzərdə tutulan oyun təxirə salınıb.
Hazırda futbolçunun ölüm səbəbi ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
© Copyright 2025, All Rights Reserved