Brazilyalı futbolçu yolunu Premyer Liqadan salır
"Qremio"nun futbolçusu Alisson karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
90plus.az xəbər verir ki, "Aston Villa" braziliyalı vingeri transfer etmək niyyətindədir. Bu barədə "Bolavip Brasil" məlumat yayıb.
Premyer Liqa klubu Alisson üçün 12 milyon avroluq təklif göndərib. 19 yaşlı hücumçunun yanvar ayında yeni klubuna keçidinin rəsmiləşəcəyi gözlənilir.
Qeyd: Alisson "Qremio"nun yetirməsidir. Gənc futbolçu başa çatan mövsümdə komandanın heyətində 43 rəsmi oyuna çıxaraq 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved