“Brentford” və “Liverpul”da yeni qapıçı dövrü olacaq

"Brentford" Kuivin Kelleheri 18 milyon funt-sterlinqə transfer etdi.
90plus.az xəbər verir ki, "Brentford" "Liverpul"un ikinci qapıçısı olan Kuivin Kelleheri 18 milyon funt-sterlinqə heyətinə qatdığını rəsmi olaraq açıqlayıb. 26 yaşlı irlandiyalı qapıçı "Liverpul"da Alisson Bekerin ehtiyatı olaraq 67 oyun keçirib, 22 dəfə də İrlandiya millisinin formasını geyinib. Kelleher "Liverpul"la 2 Premyer Liqa çempionluğu, Çempionlar Liqası, FA Kuboku, 2 Carabao Kuboku və UEFA Super Kuboku kimi titullar qazanıb.
"Brentford"un Futbol Direktoru Kelleherin daha əvvəl izlənildiyini və "Liverpul" ilə müqaviləsinin sona çatmaq üzrə olduğunu bildikləri üçün bu böyük fürsəti qaçırtmayıblar.
Bu transfer "Liverpul"un qapıçı mövqeyində dəyişikliklər etməsi ilə əlaqədardır. Giorgi Mamardaşvili keçən il "Valensiya"dan transfer edilmişdi və "Liverpul"un yeni qapıçısı olaraq planlaşdırılır.
Eyni zamanda, "Brentford"un əvvəlki əsas qapıçısı Mark Flekken "Bayer Leverkuzen"ə 10 milyon avro qarşılığında transfer olub. Flekken "Brentford"dakı karyerası ərzində 74 oyun keçirib və 2024-cü ilin fevral ayında Premyer Liqada "Ayın Seyv edəni" mükafatını qazanıb.
Bu transferlər həm "Liverpul", həm də "Brentford"da qapıçı mövqeyində yeni dövrün başlanğıcına işarə edir.
© Copyright 2025, All Rights Reserved