Bruno Fernandeş bezdi - Getmək istəyir
“Mançester Yunayted”in kapitanı Bruno Fernandeşin klubdakı gələcəyi sual altına düşüb.
90plus.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi komandanın mövcud vəziyyətindən narazıdır və “Mançester Yunayted”də yaşanan qeyri-sabitlik onu ciddi şəkildə düşündürür. Bildirilir ki, Fernandeş artıq klubdakı durumdan bezib və mövsümün sonunda ayrılıq variantını nəzərdən keçirə bilər.
Son illərdə “Mançester Yunayted”in əsas liderlərindən biri olan 30 yaşlı futbolçu həm meydandakı performansı, həm də kapitanlıq xüsusiyyətləri ilə ön plana çıxıb. Lakin nəticələrin gözləntiləri doğrultmaması və iddialı layihənin formalaşmaması onun gələcəyi ilə bağlı sualları artırıb.
Xəbərlərdə vurğulanır ki, Avropanın bir neçə aparıcı klubu Bruno Fernandeşin vəziyyətini yaxından izləyir. Mövsümün gedişatı və klub rəhbərliyinin atacağı addımlar portuqaliyalı ulduzun “Mançester Yunayted”də qalmaq qərarında həlledici rol oynaya bilər.
© Copyright 2026, All Rights Reserved