Bruno Fernandeş dünya nəhənginə transfer olunur? BÖYÜK İDDİA
İngiltərə Premyer Liqasının nəhəng klublarından olan “Mançester Yunayted”də çıxış edən Bruno Fernandeşlə bağlı gündəmə səs salan iddia ortaya atılıb.
90plus.az xəbər verir ki, İspaniya mətbuatının “Fixaes” nəşrində yer alan xəbərə görə, Almaniya futbolunun aparıcı klublarından biri olan “Bayern Münhen” Portuqaliya millisinin yarımmüdafiəçisini heyətinə qatmaq istəyir.
Bildirilir ki, Münhen təmsilçisi uzun müddətdir Fernandeşi yaxından izləyir və “Mançester Yunayted”ə 50 milyon avro dəyərində rəsmi təklif göndərməyə hazırlaşır.
Məqalədə həmçinin Bruno Fernandeşin “Mançester Yunayted”dəki gələcəyinin hələ də qeyri-müəyyən olduğu vurğulanır.
ℹ️ Komandanın əsas fiqurlarından biri sayılan Bruno Fernandeş bu mövsüm “Mançester Yunayted”in heyətində 17 oyuna çıxıb. Portuqaliyalı yarımmüdafiəçi bu qarşılaşmalarda 5 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda transfer dəyəri 40 milyon avro olaraq göstərilən Fernandeşin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ildə başa çatır.
© Copyright 2026, All Rights Reserved