Bruno Fernandeş klubu tənqid etdi
Bruno Fernandeş "Mançester Yunayted"dəki vəziyyətdən açıq və tənqidi danışdı.
90plus.az xəbər verir ki, "Mançester Yunayted" kapitanı Bruno Fernandeş "Bornmut"la 4-4-lük bərabərədən sonra klub rəhbərliyini və bəzi komanda yoldaşlarını sərt tənqid edib. Portuqaliyalı futbolçu bildirib ki, ətrafındakı oyunçular klubun dəyərini kifayət qədər qiymətləndirmirlər.
“Klub mənim getməyimi istədi. Bu məni çox kədərləndirdi. Mən həmişə bütün gücümü verirəm, amma bəziləri klubun dəyərini o qədər də qiymətləndirmir,” – Fernandeş deyib.
O, yayda klubu tərk edə biləcəyini, lakin qalmağı seçdiyini də açıqlayıb: “Ailə və klub sevgisi qalmağıma səbəb oldu. Pul hər şey deyil.”
"Mançester Yunayted" müdafiədə çətinlik çəkir
Old Traffordda "Bornmut"la 4-4-lük bərabərədə qapıçı Senne Lammens diqqət çəkən səhvlər edib. Fernandeş onun diqqətsizliyini göstərməyə çalışsa da, Lammens boşluğu bağlamayıb. Belçikalı qapıçı son 10 oyunda yalnız bir “clean sheet” əldə edə bilib.
Baş məşqçi Ruben Amorim isə ümumi performansı müsbət qiymətləndirib və qapıçı Lammensi müdafiə edib.
© Copyright 2025, All Rights Reserved