Bruno Fernandeş “Man Yuanyted”i tərk edə bilər
“Mançester Yunayted”də narahatlıq: Bruno Fernandeş mövsümün sonunda klubu tərk edə bilər.
90plus.az xəbər verir ki, “Mançester Yunayted”in düşərgəsində gələcək planlarla bağlı ciddi narahatlıq yaranıb. Komandadakı bir sıra futbolçular kapitan Bruno Fernandeşin “Old Trafford”dakı həyatından bezdiyini və mövsümün sonunda klubu tərk etməyi düşündüyünü hesab edir.
“The Sun”un yaydığı məlumata görə, “qırmızı şeytanlar”ın bu mövsüm titul qazanmaq ehtimalının 1 faizdən də aşağı olması komandadakı ümumi ruh halına mənfi təsir göstərib. Bu vəziyyət bir çox futbolçunun karyerasını daha yaxşı səviyyəyə daşımaq üçün klubdan ayrılmağı düşünməsinə səbəb olub.
Mənbə iddia edir ki, son illərdə komandanın əsas liderlərindən biri olan Bruno Fernandeş də mövcud durumdan narazıdır və mövsüm başa çatdıqdan sonra yeni çağırışlara açıq ola bilər.
Qeyd: Portuqaliyalı yarımmüdafiəçi uzun müddətdir “Mançester Yunayted”in əsas simalarından biri hesab olunur və onun mümkün gedişi klub üçün ciddi itki sayıla bilər.
90plus.az vəziyyətin inkişafını izləməkdə davam edəcək.
© Copyright 2026, All Rights Reserved