Bruno Fernandeş Premyer Liqada zirvədədir
Bruno Fernandeş İngiltərə Premyer Liqasında yaradılmış qol vəziyyətlərinin sayına görə liderdir.
90plus.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin oyunu nəticəsində “Mançester Yunayted”in futbolçuları bu mövsüm ərzində 24 dəfə qol imkanı qazanıblar. Bu göstərici liqada ən yüksək nəticədir.
Ümumilikdə, Fernandeş 2020-ci ilin fevralında “qırmızı şeytanlar”a qoşulduğu vaxtdan bəri Premyer Liqada 562 qol epizodu yaradıb. Bu, Avropanın beş əsas liqasında çıxış edən istənilən digər futbolçudan 115 epizod çoxdur.
© Copyright 2025, All Rights Reserved