Bruno 39 nömrənin sirrini açdı
"Nyukasl"ın braziliyalı yarımmüdafiəçisi Bruno Gimarayeş getdiyi hər klubda 39 nömrəli formanı seçməsinin səbəbini emosional şəkildə izah edib.
90plus.az xəbər verir ki, Bruno atasına "təşəkkür" əlaməti olaraq 39-u özünə yaxın hiss etdiyini deyib:
“Formamdakı nömrə sözlərlə ifadə olunmayacaq qədər gözəl bir hekayəyə bağlıdıe. Bilirəm, insanlar üçün bu rəqəm bir az qəribə görünə bilər — axı bir futbolçu üçün 39 qeyri-adi bir seçimdir.
Amma mənim üçün 39 – çox xüsusi, çox möhtəşəm bir rəqəmdir. Bu rəqəm mənə həyatda hər şeyi verib. Məhz 39 məni bu gün "Nyukasl"a gətirib. O, məni doyuzdurub, geyindirib, futbolçu olmaq arzumun ardınca getmək üçün gərəkli olan bütün xərcləri qarşılayıb.
039 — Rio-de-Janeyroda atamın taksi nömrəsi idi.
Atam gecə-gündüz o sarı taksini sürürdü ki, mən ac qalmayım. İndi isə, dünyanın o biri başında – Nyukasl küçələrində insanlar onu tanıyır, yaxınlaşıb şəkil çəkdirirlər.
O sarı taksi mənim arzumun sönməsinə imkan vermədi, onu yaşatdı”, – deyə Bruno Gimarayş bildirib.
📰: Daily Mail
© Copyright 2025, All Rights Reserved