Brüyne Maradonanın 10 nömrəsi haqda: “Mən özüməməxsus oyunçuyam”

Kevin de Bruyne Neapolda Dieqo Maradonanın ölümündən sonra 2020-ci ildə klub tərəfindən “əbədilədirilən” 10 nömrəli formanı geyinəcək.
90plus.az xəbər verir ki, Maradona “Napoli”də çıxış etdiyi dövrdə bu nömrəni daşıyırdı və komandanın bir neçə dəfə A Seriyasının çempionu olmasında böyük rol oynamışdı.
De Bruyne bu simvolik nömrəni daşımaqla bağlı fikirlərini belə ifadə edib:
“Düzünü desəm, əvvəlcə bir qədər təəccübləndim, çünki bu nömrənin təqaüdə çıxdığını bilirdim. Amma digər tərəfdən, bu bir şərəfdir. Bu, komandanın və klubun mənə göstərdiyi etimaddır.
Düşünmürəm ki, bu nömrə mənə əlavə təzyiq gətirəcək. Onsuz da təzyiq özü ilə gəlir. Əgər “Napoli” kimi böyük bir klubda oynayırsansa, bu təzyiq həmişə olacaq. Bu komanda qalib gəlmək istəyir, sən də bir oyunçu və kollektiv olaraq nə etməli olduğunu bilirsən. Məncə, nömrə və ya başqa bir şey bu təzyiqi artırmır.
Maradona Maradonadır – o, futbol əfsanəsidir və “Napoli” ilə adı birgə çəkilir. Mən buna görə minnətdaram, qürur duyuram, amma mən özüməməxsus oyunçuyam.
Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Ümid edirəm ki, komandaya, şəhərə və azarkeşlərə sevinc gətirə bilərəm və yaxşı çıxışlar göstərəcəyəm.”
© Copyright 2025, All Rights Reserved