Brüyne “Qarabağ”a qarşı oynamayacaq
Kevin De Brüyne uzun müddətə sıradan çıxdı — “Qarabağ”la oyunu buraxacaq.
90plus.az xəbər verir ki, “Napoli”nin təcrübəli yarımmüdafiəçisi Kevin De Brüyne ciddi zədələnib. İtaliya mediasının məlumatına görə, belçikalı futbolçu bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.
34 yaşlı oyunçu A Seriyasının son turunda “İnter”lə matçın (3:1) 33-cü dəqiqəsində penaltidən qol vurarkən zədələnib. Daha sonra o, meydanı vaxtından əvvəl tərk etməyə məcbur olub.
Bu səbəbdən De Brüyne “Napoli”nin Çempionlar Liqasındakı növbəti görüşünü — “Qarabağ”la qarşılaşmanı buraxacaq.
📌 Məlumatı məşhur insayder Fabrizio Romano yayıb.
© Copyright 2025, All Rights Reserved