Mert Kömür üçün 2 yol var: Ya Almaniya, ya Türkiyə
"Auqsburq"un futbolçusu Mert Kömür Türkiyə yığmasında çıxış edə bilər.
90plus.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) mövsümə yaxşı başlayan 20 yaşlı hücum yönümlü yarımmüdafiəçini milliləşdirmək məqsədilə addımlar atmağa başlayıb. Bu haqda "Sky Sports" məlumat yayıb.
Federasiyanın yaxın zamanda gənc futbolçu ilə danışıqlara başlaması gözlənilir.
Mert Kömür hazırda Almaniyanın U-21 millisinin üzvüdür. Lakin o, seçim hüququndan istifadə edərək Türkiyənin əsas komandasının formasını geyinə bilər.
Qeyd: Futbolçu bu mövsüm "Auqsburq"un heyətində 7 rəsmi oyunda meydana çıxaraq 2 qol vurub və 2 asistlə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved