Bu futbolçunun transferinə zədə imkan vermədi
“Kristal Palas”ın hücumçusu Eddie Nketiah “Vest Hem”ə keçə bilmədi.
90plus.az xəbər verir ki, “Kristal Palas”ın hücumçusu Eddie Nketiah ötən ay “Vest Hem”ə keçmək üzrə imiş. Transfer pəncərəsinin əvvəlində iki Premyer Liqa klubu 26 yaşlı futbolçu üçün 27 milyon funt sterlinq dəyərində razılığa gəlmişdi. Bu mövsüm Nketiah 12 liqa oyununda 2 qol vurmuşdu.
Lakin futbolçu məşqlərdə hamstring zədəsi alaraq, “Vest Ham” razılaşmadan geri çəkilib.
Hazırda Nketiah hələ də bərpa prosesindədir və bu ilin əvvəlindən hələ heç bir oyunda iştirak etməyib.
© Copyright 2026, All Rights Reserved