Bu gün doğulanlar futbol ulduzu olub: Ronaldo, Neymar,George Haci…

5 fevral dünyanın bir neçə futbol ulduzunun dünyaya gəldiyi gündür.
90plus.az xəbər verir ki, Bu gün "Əl-Nəsr"in hücumçusu, portuqaliyalı superulduz Kriştiano Ronaldonun 40, braziliyalı Neymarın isə 33 yaşı tamam olur.
Ronaldo karyerası ərzində 5 dəfə “Qızıl top”u qazanıb. O, "Sportinq" "Mançester Yunayted", "Yuventus" və "Real"da oynayıb, ümumilikdə 30 kubok əldə edib. Ronaldo Portuqaliya millisi ilə "Avro 2016"nın və 2019-cu ildə Millətlər Liqasının qalibi olub.
Portuqaliyalı superulduz Kristiano Ronaldo 40 yaşını belə qeyd edib. VİDEO:
https://t.me/doxsanplus/97475
Neymar karyerası ərzində "Əl Hilal", PSJ "Barselona" və "Santos"da da çıxış edib. Onun 26 klub kuboku var. Neymar milli komanda ilə Olimpiya Oyunlarının və Konfederasiyalar Kubokunun qalibi olub.
Onlardan başqa, dünyaca məşhur rumın yarımmüdafiəçi "Real" və "Barsa"da oynamış, "Qalatasaray"lı Georgi Haci 60, argentinalı sabiq vinger Karlos Tevesin isə 41 yaşı tamam olur.
© Copyright 2025, All Rights Reserved