Buffonun sabiq komanda yoldaşı vəfat etdi
Kolumbiya millisinin və “Parma”nın sabiq futbolçusu Xorxe Bolano vəfat edib.
90plus.az xəbər verir ki, 47 yaşlı keçmiş oyunçu ziyafətdə olarkən infarkt keçirib.
Bolano “Parma”da yeddi mövsüm keçirib. O, Lilian Türam, Fabio Kannavaro, Hernan Krespo, Canluici Buffon kimi ulduzların daxil olduğu komandanın aparıcı üzvlərindən biri idi.
Qeyd: Buffon futbolçunun ailəsinə başsağlığı verib.
© Copyright 2025, All Rights Reserved