Bukayo Saka 1 aylıq sıradan çıxdı
SON DƏQİQƏ: Bukayo Saka 3–4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
90plus.az xəbər verir ki, “Arsenal”ın əsas futbolçularından biri olan Bukayo Saka zədələnib. İngiltərə millisinin üzvü “Lids Yunayted”lə oyunöncəsi isinmə zamanı əzələ zədəsi alıb və təxminən 3–4 həftə meydanlardan kənarda qalacağı gözlənilir.
Klub tibbi heyəti Sakaya tələsmədən yanaşmağı planlaşdırır. “Topçular” futbolçunun Şimali London derbisinə (“Tottenhem”ə qarşı ) qədər hazır olmasını hədəfləyir.
Sakanın buraxacağı oyunlar:
🗞️ Mənbə: sr_collings
“Arsenal” üçün bu itki xüsusilə sıx oyun qrafiki fonunda ciddi problem hesab olunur. Klubun hücum xəttində hansı dəyişikliklərin ediləcəyi yaxın günlərdə bəlli olacaq.
© Copyright 2026, All Rights Reserved