Bukayo Saka daha 5 il “Arsenal”da
TƏCİLİ: Bukayo Saka “Arsenal”la yeni 5 illik müqavilə imzaladı.
90plus.az xəbər verir ki, “Arsenal” rəhbərliyi əsas ulduzlarından birinin gələcəyi ilə bağlı bütün suallara nöqtə qoydu. Klub Bukayo Saka ilə yeni və yaxşılaşdırılmış 5 illik müqavilə üzrə razılıq əldə edib.
24 yaşlı vingerin mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi. Lakin tərəflər yeni şərtlər üzərində razılaşaraq anlaşmanı 2031-ci ilin yayına qədər uzadıblar. Müqavilənin maliyyə baxımından əvvəlkindən xeyli daha sərfəli olduğu bildirilir.
Məlumata görə, razılaşma bu gün yekunlaşıb. Danışıqlar aylarla davam edib və “Arsenal” rəhbərliyi Uilyam Salibanın müqavilə uzadılmasından dərhal sonra Sakanı da riskə atmaq istəməyib.
The Athletic yazır ki, bu müqavilə:
Beləliklə, Bukayo Saka karyerasını London klubunda davam etdirməyə qəti qərar verib və “Arsenal” gələcəyini əsas simalarından biri üzərində qurmağa davam edir.
© Copyright 2026, All Rights Reserved