Bundesliqa klubu "Real"ın hücumçusunu istədi
"Real"ın hücumçusu Qonsalo Qarsiya karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Ştutqart" ispaniyalı forvardı transfer etmək niyyətindədir. Bu məlumatı "Sky Sports" yayıb.
Bundesliqa təmsilçisi Qarsiyanı yanvarda heyətinə qatmağı düşünür və yaxın zamanda ispaniya klubu ilə danışıqlara başlamağı planlaşdırır.
Xatırlatma: Qonsalo Qarsiya "Real" akademiyasının yetirməsidir. İspaniyanın U-21 millisində çıxış edən hücumçu bu mövsüm Madrid klubunun heyətində keçirdiyi 20 rəsmi oyunda 4 qol vurub və 2 asistlə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved