Bundesliqada qırmızı rekordu yeniləndi
Almaniyanın “Maynts” komandasında oynayan yarımmüdafiəçi Dominik Kor Bundesliqa tarixində yeni bir rekorda imza atıb.
90plus.az xəbər verir ki, 11-ci tur çərçivəsində “Hoffenhaym”la matçda (1:1) 88-ci dəqiqədə qırmızı vərəqə alan oyunçu çempionat tarixində ən çox meydandan qovulan futbolçu ünvanını əldə edib. Bu, onun Almaniya çempionatında aldığı 9-cu qırmızı vərəqədir.
Qeyd: 2022-ci ildən “Maynts”da çıxış edən yarımmüdafiəçi bu cəzaların 6-sını məhz hazırkı klubunda alıb.
© Copyright 2025, All Rights Reserved