Bunu da eşitdik: “Barsa” və Ronaldo
Tanınmış futbol insayderi Fabrizio Romano portuqaliyalı superulduz Kristiano Ronaldonun ağılagəlməz sözlərini paylaşıb.
90plus.az xəbər verir ki, "Kral" klubunun unudulmaz siması olmuş Ronaldo az qalsın, əzəli rəqib "Barselona"da oynayacaqmış:
”Mançester”dən əvvəl "Barselona"da oynaya bilərdim. “Sportinq”də idim, məni almağa çalışdılar. Məni istədilər, amma bir il sonra. Sonra “Mançester” ortaya çıxdı”.
Daha sonra çalışdığı məşqçilər barədə də etiraflardan çəkinməyib:
“Həqiqətən də, çox pis baş məşqçilərim olub. Bəzilərinin futboldan heç xəbəri yoxdur”.
Ronaldonun "Sportinq" sevgisi:
“Sportinq”in oyunlarına baxmağı sevirəm, onlar mənim komandamdır. Amma oynamaq üçün ora qayıtmaq fikrində deyiləm. Məncə mənasızdır. Əlbəttə, mənim ölkəm Portuqaliyadır, amma hər şeyin öz vaxtı və həddi var”.
Mənbələr: Forbes, F.Romano və s.
© Copyright 2026, All Rights Reserved