Bura Elçe stadionu: “Burada tum çırtlamaq olmaz”!
İspaniyanın "Elçe" futbol klubu çoxillik ənənəsindən imtina edərək ev arenası "Martines Valero" stadionunda tum satışına və istifadəsinə qadağa qoydu!
90plus.az xəbər verir ki, təmizlik xərclərinin artması və azarkeşlərin oyun zamanı çırtlayıb atdıqları tum qabıqlarının yaratdığı antisanitariya buna səbəb göstərilib.
Beləcə, azarkeşlər ən azından bu stadionda ispanların sevimli qəlyanaltısı sayılan "pipas" tumlarından məhrumdurlar.
© Copyright 2025, All Rights Reserved