“Bura “Qarabağ”ı udmağa gəlmişik”
“Ferentsvaroş”dan iddialı açıqlama: “Qarabağı məğlub etməyə gəlmişik”.
90plus.az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”la qarşılaşacaq “Ferentsvaroş”un futbolçusu Toon Raemaekers matç öncəsi fikirlərini bölüşüb.
Macarıstan klubunun üzvü Bakıda təşkil edilən mətbuat konfransında qalibiyyət üçün gəldiklərini bildirib:
“Komandada əhval-ruhiyyə çox yüksəkdir. İlk oyunda bəxtimiz gətirmədi, amma cavab görüşündə eyni səhvləri təkrarlamayacağıq. Məqsədimiz qələbədir və Bakıya bunun üçün gəlmişik”.
Xatırlatma: Ağdam təmsilçisi Budapeştdə keçirilən ilk qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edib. Cavab görüşü sabah, avqustun 27-də, saat 20:45-də Bakıda baş tutacaq.
© Copyright 2025, All Rights Reserved