Bürünc medaldan sonra İrina Zaretska: “Karate mənim ehtirasımdır”
İrina Zaretska dünya çempionatında bürünc medal qazandı.
90plus.az xəbər verir ki, Azərbaycan karateçisi İrina Zaretska Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında növbəti dəfə fəxri kürsüyə yüksəlib. Təcrübəli idmançımız 68 kq çəki dərəcəsində mübarizəni bürünc medalla tamamlayıb.
Zaretska yarımfinalda buraxdığı səhvə baxmayaraq, bürünc medal görüşündə inamlı çıxış edərək qələbə qazanıb və mundialda növbəti uğuruna imza atıb. O, şəxsi paylaşımında göstərdiyi mübarizədən qürur duyduğunu bildirib və heç kəsin onu dayandıra bilməyəcəyini vurğulayıb.
Bu nəticə ilə İrina Zaretska karyerası ərzində böyüklər arasında keçirilən dünya çempionatlarında artıq beşinci medalını əldə etmiş olub.
Zaretskanın medaldan sonra İnstagram paylaşımı:
"2025 dünya çempionatında inanılmaz bürünc medal qarşılaşması.
Mən oyundayam. Sadəcə parlayıram.
Bu gün nə qədər güclü və prinsipial olduğuma görə çox qürurluyam, dünən yarımfinalda etdiyim səhvə baxmayaraq — cəmi bir anlıq diqqətsizlik mənə finalı və daha böyük bir şansı itirdirdi.
Bu gün göstərə bildim ki, heç nə və heç kim məni dayandıra bilməz.
Karate mənim ehtirasımdır.
Bu, böyüklər arasında dünya çempionatlarından mənim beşinci medalımdır.
10 ildir ən yaxşıların ən yaxşısıyam və… bu hələ son deyil.”
© Copyright 2026, All Rights Reserved