Bütün dünya bu matçdan danışır - 6-cı liqa təmsilçisi....
İngiltərə FA Kubokunda sensasiya: “Meklzfield” son çempionu mübarizədən kənarlaşdırdı.
90plus.az xəbər verir ki, İngiltərə FA Kubokunun 3-cü turunda böyük sürpriz qeydə alınıb. İngiltərənin 6-cı Liqa təmsilçisi “Meklzfield” Premyer Liqa klubu və turnirin son qalibi olan “Kristal Pelas”ı məğlub edərək növbəti mərhələyə yüksəlib.
“Lizing dot kom Stadionu”nda keçirilən qarşılaşmada ev sahibi komanda 2:1 hesabı ilə qalib gəlib. “Meklzfield”in qollarını 43-cü dəqiqədə Douson, 61-ci dəqiqədə isə Bakli vurub. “Kristal Pelas”ın yeganə qolu isə 90-cı dəqiqədə Pinonun hesabına yazılıb.
Bu nəticə ilə FA Kuboku tarixində nadir hadisə yaşanıb. 1909-cu ildən bəri ilk dəfə turnirin son çempionu olan bir komanda aşağı səviyyəli rəqibə uduzaraq mübarizəni erkən mərhələdə dayandırıb. “Meklzfield” isə tarixi qələbə ilə adını ölkə futbol gündəminə yazdırıb.
© Copyright 2026, All Rights Reserved