"Oyunun çətin olacağı məlum idi. Çünki heyətlə bağlı problemimiz var".
90plus.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Cavid Hüseynov "Sabah"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Gənc mütəxəssis Misli Premyer Liqasının 15-ci turunda "Sabah"a 0:1 hesablı məğlubiyyəti şərh edib:
"Geniş heyətimiz yoxdur. Ən çox əziyyət çəkdiyimiz məqam da hücumdadır. Hücumda çox dişsizik. Oyun şəkli var. Hücum fazasında çox çatışmazlıq mövcuddur. Bu da hücumçuların olmaması ilə bağlıdır. Üzərimizə düşən vəzifə odur ki, qışa qədər səbir edəcəyik. Çalışacağıq ki, növbəti oyunda nəticə əldə edək. Çətin olsa da, başqa şansımız yoxdur. Komandaya hücumçu lazımdır. Transferlərlə bağlı iş gedir. Bəyəndiyimiz oyunçular var. Açıqlaya bilmərəm. Konkret bir şey yoxdur. Danışıqlar gedir. Zamanla hər şey bəlli olacaq. Zədəlilərimiz də çoxdur. Madi Queta və Gitay Sofir 4 gündür ki, komandaya qoşulublar. Mən gələnə qədər 7 futbolçu zədəli idi. Ayman Boualinin zədəsi bir həftə sürəcək. Heyətlə bağlı durum ürəkaçan deyil".
Qeyd: "Səbail" son 6 oyunda beş dəfə uduzub, bir dəfə heç-heçə oynayıb.
© Copyright 2024, All Rights Reserved