"Çelsi" Almaniyaya göndərdiyi futbolçunu qaytarır
“Çelsi” klubu “Borussiya”da (Dortmund) icarə əsasında çıxış edən müdafiəçisi Arons Anselminonu geri qaytarıb.
90plus.az xəbər verir ki, argentinalı futbolçu gələn həftə London təmsilçisinin düşərgəsinə qayıdacaq. Dortmund klubu bu qərarla bağlı artıq məlumatlandırılıb.
Anselmino cari mövsümdə “Borussiya”nın heyətində 10 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved