"Çelsi" "Barselona"nın bu oyunçusunu transfer etdi
Premyer Liqa nəhənglərindən olan "Çelsi" "Barselona"nın 18 yaşlı ulduz namizədi Mark Guiunu heyətinə qatıb.
90plus.az xəbər verir ki, klub bu transfer üçün 5 milyon funt sterlinq ödəyib. Mark Guiunu "Çelsi" ilə 5+1 illik müqavilə imzalayıb.
Gənc oyunçu "Bura gəldiyim üçün son dərəcə xoşbəxtəm. Həyəcandan yata bilmədim. Çox həyəcanlıyam. Kiçik yaşlarımdan bəri Premyer Liqada oynamağın xəyalını qururdum. "Çelsi" sayəsində bu şansa sahibəm. Klubun uğuru üçün əlimdən gələni edəcəm" - deyə bildirib.
Qeyd: "Barselona"nın əsas heyətində 7 oyun keçirən Guiu 2 qol vurub.
© Copyright 2026, All Rights Reserved