"Çelsi" də bu yunanı heyətinə qatmaq istəyir - Rəqibləri PSJ və "Bayern"dir
“Çelsi” gənc yunan istedad Konstantinos Karetsas üçün hərəkətə keçdi.
90plus.az xəbər verir ki, “Çelsi” 18 yaşlı yunan futbolçu Konstantinos Karetsasın transferi uğrunda mübarizədə “Arsenal” və “Liverpul”u qabaqlamaq üçün səylərini artırıb. London klubu istedadlı hücumçunu heyətinə qatmaqda israrlıdır.
Məlumatlara görə, “Çelsi” hazırda “Genk”in yarımmüdafiəçisi olan Karetsas üçün əsasən 2026-cı ilə planlanan transfer variantını prioritet hesab edir. Mərkəzdə və hər iki cinahda oynaya bilən futbolçu Avropanın aparıcı klublarının diqqət mərkəzindədir.
“Bayern Münhen" və PSJ də gənc futbolçunun durumunu yaxından izləsə də, “Çelsi” Karetsasın nümayəndələrinə növbəti ünvanın London ola biləcəyini artıq çatdırıb.
Konstantinos Karetsas ötən mövsüm Belçikada parlaq çıxışı ilə yadda qalıb. O, “Genk” forması ilə bütün turnirlər üzrə 39 oyunda 3 qol və 4 məhsuldar ötürmə edib. Bu mövsüm isə artıq 27 oyunda 12 qol ötürməsi və qolla fərqlənərək diqqətləri üzərinə çəkməyi bacarıb.
Gənc futbolçunun inkişaf potensialı onu Avropa nəhəngləri üçün ən perspektivli transfer hədəflərindən birinə çevirir.
© Copyright 2026, All Rights Reserved