“Çelsi” Emeqhanı istəyir

"Çelsi" Emanuel Emeqha ilə 2026-cıilin yayında transfer razılaşması üçün planlar qurur.
90plus.az xəbər verir ki, İngiltərənin "Çelsi" klubu Fransanın "Strasburq" komandasının hücumçusu Emanuel Emeqha ilə 2026-cı ilin yayında transfer razılaşması üçün planlar qurur. 22 yaşlı nigeriyalı-hollandiyalı futbolçu bu yay "Strasburq"dan ayrılmayacaq və klubun Avropa layihəsində əsas rollardan birini oynayacaq.
Emeqha bu mövsüm "Strasburq"da 14 qol və 3 assistlə yadda qalıb və onun performansı bir sıra Premyer Liqa klublarının diqqətini cəlb edib. "Çelsi"nin də daxil olduğu BlueCo konsorsiumu həm "Çelsi", həm də "Strasburq"un sahibidir, bu da potensial transferi asanlaşdıra bilər.
Bununla belə, UEFA qaydalarına əsasən, eyni sahibə məxsus iki klub eyni Avropa turnirində iştirak edərsə, aralarında oyunçu transferləri və digər əməkdaşlıqlar məhdudlaşdırıla bilər. Bu səbəbdən, "Çelsi" Emegha ilə bağlı planlarını 2026-cı ilin yayına qədər təxirə sala bilər.
Emeqhanın sürəti və fiziki gücü onu Premyer Liqa üçün cəlbedici edir. "Çelsi"nin baş məşqçisi Enzo Mareska hücum xəttini gücləndirmək üçün yeni oyunçular axtarır və Emeqha bu planlarda yer ala bilər.
© Copyright 2025, All Rights Reserved