"Çelsi" futbolçusunu göndərir
Rahim Sterlinqin qış transfer pəncərəsi bağlanmazdan əvvəl yaxın günlərdə “Çelsi”dən ayrılması gözlənilir.
90plus.az xəbər verir ki, daha əvvəl yayılan xəbərlərdə 31 yaşlı futbolçunun mövsümün qalan hissəsində “Çelsi”nin Kobhem bazasındakı heyətdən kənarlaşdırılmış futbolçular qrupunda qalacağı bildirilirdi. Buna səbəb isə Sterlinqlə maraqlanan klubun olmaması göstərilirdi.
Lakin son məlumata əsasən, “Çelsi” rəhbərliyi futbolçunun tərəfi ilə birlikdə bazar ertəsinə qədər çıxış yolu tapmaq üzərində çalışır.
Hələlik bu həll yolunun nədən ibarət olacağı açıqlanmayıb. Bununla belə, Sterlinqin həftəlik 300 min funt sterlinq maaş alması prosesin olduqca çətin keçdiyini göstərir.
“Çelsi”nin qış transfer dövrünün son günlərində heyətdə ciddi dəyişikliklər etməsi istisna olunmur.
© Copyright 2026, All Rights Reserved