"Çelsi" İstanbul klubuna verdiyi futbolçunu geri çağırdı
"Çelsi" Türkiyənin "Fatih Karagümrük" klubunda icarə əsasında çıxış edən David Datro Fofananı geri qaytarıb.
90plus.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
London təmsilçisi icarə müqaviləsini vaxtından əvvəl ləğv edib. Klub 23 yaşlı hücumçunu növbəti dəfə başqa komandaya icarəyə göndərməyi planlaşdırır.
David Datro Fofana mövsümün əvvəlindən "Fatih Karagümrük"ün formasını geyinirdi. Fil Dişi Sahili millisinin üzvü İstanbul klubunun heyətində keçirdiyi 15 rəsmi oyunda 8 dəfə fərqlənib.
© Copyright 2026, All Rights Reserved