“Çelsi” Mayk Menyanı alır

İngiltərə Premyer Liqasının nəhəngi "Çelsi" "Milan"ın qapıçısı Mayk Menyan üçün rəsmi təklif hazırlayır.
90plus.az xəbər verir ki, "Çelsi" təklifi təxminən 25 milyon avro səviyyəsində hazırlayır. Lakin "Milan" Menyan üçün təxminən 30 milyon avro tələb edir.
"Milan" Menyanın müqaviləsinin 2026-cı ildə başa çatması və Avropa yarışlarına qatılmaması səbəbindən onu satmağa meyllidir. Bununla belə, klubun qiymət tələbi ilə "Çelsi" arasında hələ də razılaşma əldə olunmayıb .
Menyan 2021-ci ildən "Milan"ın qapısını qoruyur və Fransa millisinin əsas qapıçısıdır. O, "Milan"la Seriya A çempionluğu da daxil olmaqla bir neçə uğurlu mövsüm keçirib.
📰: Daniele Longo və Ben Jacobs
© Copyright 2025, All Rights Reserved