"Çelsi" Portuqaliyadan futbolçu transfer edir

İngiltərənin "Çelsi" klubu heyətini portuqaliyalı futbolçu ilə gücləndirməyi planlaşdırır.
90plus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Portuqaliyanın "Sportinq" klubunun yarımmüdafiəçisi Dariu Essuqunu transfer etmək niyyətindədir.
"Çelsi" 19 yaşlı futbolçunun keçidini cari mövsümün sonunda reallaşdırmağa çalışacaq. Hazırda Essuqu icarə əsasında İspaniyanın "Las Palmas" klubunda çıxış edir.
Qeyd: Gənc yarımmüdafiəçinin "Sportinq"lə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. "Transfermarkt" portalına əsasən, onun bazar dəyəri 8 milyon avro olaraq qiymətləndirilir. O, Lissabon təmsilçisinin heyətində 34 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved