"Çelsi" "Real"a bu futbolçu üçün 80 milyon oxudu

"Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandesin karyerasını İspaniya La Liqasında davam etdirmək ehtimalı var.
90plus.az xəbər verir ki, "Real Madrid" argentinalı futbolçunu heyətinə qatmaq niyyətindədir. Bu barədə İngiltərə mətbuatı xəbər yayıb.
London təmsilçisi futbolçunun transferinə qarşı deyil və 24 yaşlı yarımmüdafiəçi üçün 80 milyon avro təzminat tələb edir.
Xatırlatma: "Çelsi" Entso Fernandesi 2023-cü ilin yanvarında "Benfika"dan transfer edib. Dünya çempionu olan argentinalı futbolçu bu mövsüm Premyer Liqada 33 rəsmi oyunda iştirak edərək 5 qol vurub və 9 məhsuldar ötürmə edib.
© Copyright 2025, All Rights Reserved