“Çelsi” uddu, gənc ulduz karyerasının ilk qolunu vurdu

“Çelsi” gənc ulduzun qolu ilə inamlı qələbə qazandı.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 9-cu turunda “Çelsi” səfərdə “Nottingem Forest”i 3:0 hesabı ilə məğlub edib.
Matçın əsas qəhrəmanlarından biri 19 yaşlı Coş Açempong olub — o, peşəkar karyerasında ilk qolunu vuraraq komandasını önə çıxarıb. Bu an gənc hücumçu üçün xüsusi əhəmiyyət daşıyır:
Nottingem 0 - 3 Çelsi
J. Acheampong
Neto 52’
James 84’
Bu qələbədən sonra “Çelsi” xallarını 17-yə yüksəldib və turnir cədvəlində 4-cü pilləyə qalxıb. “Forest” isə Ance Postekoqlunun rəhbərliyi altında keçirdiyi 8 oyunda da qələbə qazana bilməyib və böhranı dərinləşməkdə davam edir.
© Copyright 2025, All Rights Reserved