"Çelsi" və "Bayern" "Milan"ın qapıçısını istəyir
“Çelsi” və “Bayern” klubları “Milan”ın qapıçısı Mayk Menyanı transfer etmək niyyətindədirlər.
90plus.az xəbər verir ki, komandalar İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq qapıçı ilə danışıqlara başlamaq üçün yanvar ayına qədər gözləyəcəklər. “Milan” Menyanın komandada qalacağına hələ əmin deyil və klubun idman direktoru İqli Tare artıq onun əvəzinə başqa oyunçu axtarmağa başlayıb.
Bu mövsüm Menyan “Milan”da bütün turnirlər üzrə 12 oyunda iştirak edib.
© Copyright 2026, All Rights Reserved