“Çelsi” yanvarda Ter Ştegeni qapacaq
“Sky Sports”un “Mundo Deportivo”ya istinadən yaydığı məlumata görə, “Çelsi” yanvarda “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegeni icarəyə götürmək istəyir.
90plus.az xəbər verir ki, London klubu yayda “Milan”dan Mayk Menyanı transfer etməyə çalışsa da, uğur qazana bilməyib və indi qapı xəttində rəqabəti artırmaq üçün təcrübəli qapıçı axtarır.
Alman qapıçı isə iddialara görə, “Barselona”nı tərk etməkdə maraqlıdır, çünki yeni transfer Xoan Qarsiyanın ehtiyatında oturmaq istəmir.
Ter Ştegen mövsümün əvvəlindən bəri belindən keçirdiyi əməliyyatın ardından hələ də bərpa prosesindədir və dekabrda meydana qayıdacağı gözlənilir.
33 yaşlı qolkiper gələn yay keçiriləcək Dünya Çempionatında iştirak şansını qorumaq üçün müntəzəm oyun praktikası qazanmaq niyyətindədir.
© Copyright 2025, All Rights Reserved