"Çelsi"dən ayrıldı, "Lids"ə keçdi
İcarə əsasında "Çelsi"də çıxış edən Fakundo Buonanotte Premyer Liqada yeni klubunda oynayacaq.
90plus.az xəbər verir ki, argentinalı hücumameyilli yarımmüdafiəçi "Lids Yunayted"ə transfer olunacaq. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
"Brayton" Buonanottenu satmaq niyyətində deyil. 21 yaşlı futbolçu "Lids Yunayted"də də icarə ilə oynayacaq.
Qeyd: Fakundo Buonanotte sentyabr ayından etibarən formasını geydiyi "Çelsi"nin heyətində 8 rəsmi matçda 1 qol vurub və 2 məhsuldar ötürmə ilə fərqlənib.
© Copyright 2026, All Rights Reserved