"Çelsi"nin futbolçusu günahı butslarda gördü, onları zibil qutusuna atdı

"Çelsi"nin futbolçusu Mark Kukurella oyundan sonra butslarını zibil qutusuna atıb.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının cari turunda "Çelsi" səfərdə "Tottenhem"ə 4-3 hesabı ilə qalib gəldi. Ancaq oyuna Mark Kukurellanın matçın əvvəlində yol verdiyi iki səhv damğa vurdu.
Kukurellanın "Tottenhem"in ilk iki qolunda ayağı sürüşərək ona topa toxunmağa mane törədib. İspaniyalı cinah müdafiəçisi bundan sonra butslarını dəyişmək məcburiyyətində qalıb.
Kukurella oyundan sonra həmin butslarını zibil qutusuna atıb. Futbolçu bu fotonu paylaşaraq "üzrlü sayın, göylər" deyə başlıq atıb.
© Copyright 2025, All Rights Reserved