"Çelsi"nin hücumçusu başqa Premyer Liqa klubuna keçir
"Çelsi"nin hücumçusu Liam Delap Premyer Liqada klubunu dəyişə bilər.
90plus.az xəbər verir ki, "Nyukasl" ingiltərəli forvardı heyətinə qatmaq niyyətindədir.
Məlumata görə, "sağsağanlar" artıq futbolçu üçün ilkin təkliflə çıxış edib. London təmsilçisi isə 23 yaşlı hücumçuya görə 40 milyon funt-sterlinq tələb edir.
Qeyd: "Çelsi" Liam Delapı mövsümün əvvəlində "İpsviç Taun"dan transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə 32 rəsmi matçda iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved