Çempionlar Liqası: “Arsenal” hegemonluğu davam edir
Çempionlar Liqasının Liqa mərhələsində 6 oyun 6 qələbə ilə "Arsenal" TOP komandalar içində hegemonluğu davam etdirir.
90plus.az xəbər verir ki, Çempionlar Liqası, Liqa mərhələsinin 6-cı turunda Noni Madueke dubl edib və “Arsenal” Çempionlar Liqasında “Brügge” üzərində qələbə qazanaraq 100 faizlik nəticəsini qoruyub və demək olar ki, pley-off mərhələsinə vəsiqəni özü üçün təmin edib.
Mikel Arteta şənbə günü “Aston Villa”ya qarşı məğlub olan heyətdə beş dəyişiklik etmişdi və məhz həmin dəyişikliklərdən biri – Noni Madueke hesabı açan futbolçu oldu. İngilis cinah oyunçusu bir müdafiəçidən sıyrılaraq təxminən 20 metrdən qüvvətli zərbə vurdu və top dirəyə dəyərək qapıya daxil oldu.
“Brügge” fasilədən əvvəl “Arsenal”ın yenilənmiş müdafiə xəttini hədələməyi bacardı, lakin David Raya Xristos Colis və Aleksandar Stankoviçin zərbələrini dəf edərək londonluların üstünlüyünü qorudu.
Maduake ikinci qolunu ikinci hissənin cəmi iki dəqiqəsində vurdu – o, Martin Zubimendinin əla ötürməsini başla tamamladı. Qabriel Martinelli isə 56-cı dəqiqədə möhtəşəm zərbə ilə fərqlənərək oyunun rahat şəkildə bitməsini təmin etdi.
“Arsenal” üçün digər sevindirici məqamlar da var idi: Qabriel Jezus ön çarpaz bağın zədəsindən sağaldıqdan sonra 342 gündən sonra ilk dəfə meydana çıxdı və 16 yaşlı Marli Salmon əsas komandada debüt etdi.
Jezus qayıdışını qolla daha da gözəlləşdirə bilərdi, lakin matçın sonlarında cərimə meydançasının kənarından vurduğu zərbə dirəyə dəydi:
Brügge 0-3 Arsenal
Madueke 25' 47'
Martinelli 56'
Qollar:
https://t.me/doxsanplus/112170
https://t.me/doxsanplus/112176
https://t.me/doxsanplus/112179
ℹ️ Qələbə “Arsenal”ı 18 xalla turnir cədvəlinin zirvəsində saxlayır. Bu, ötən mövsüm ilk səkkizliyə düşmək üçün lazım olandan iki xal çoxdur və komandanın fevral pley-off mərhələsini dolaşmadan birbaşa 1/8 finala hazırlaşacağı böyük ehtimalla artıq dəqiqləşib.