Çempionlar Liqası: “Arsenal” vahid liderdir
“Arsenal” Çempionlar Liqasında yüzfaizlik seriyasını “Bayern Münhen” üzərində inamlı qələbə ilə davam etdirdi.
"Bayern Münhen" cari mövsümdəki ilk məğlubiyyətini "Arsenal" səfərində aldı.
90plus.az xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda Noni Maduekenin London klubundakı ilk qolu qeydə alındı və “topçular” rəqibinə 3:1 hesabı ilə qalib gəldi.
Arsenal 3-1 Bayern Münhen
Timber 21'
Karl 33'
Madueke 69'
Martinelli 77'
Qollar:
https://t.me/doxsanplus/111281
https://t.me/doxsanplus/111284
https://t.me/doxsanplus/111296
https://t.me/doxsanplus/111299
"Arsenal" oyuna tam dominant başladı və 22-ci dəqiqədə hesabı açdı: Bukayo Sakanın künc zərbəsindən gələn ötürməsini Yurrien Timber başla qapıdan keçirdi. Bu, "Arsenal"ın mövsümdə küncdən vurduğu 10-cu qol oldu ki, bu göstərici Avropanın “Top-5” liqalarında ən yüksək rəqəmdir.
“Bayern Münhen” isə geriyə düşdükdən sonra oyuna daxil olmağa başladı və 10 dəqiqə sonra bərabərlik qazandı: Yozua Kimmixin uzun ötürməsini qəbul edən Serj Gnabri topu cərimə meydançasına göndərdi və 17 yaşlı Lennart Karl yaxın məsafədən fərqləndi. Bu, "Arsenal"ın mövsümdə Çempionlar Liqasında buraxdığı ilk qol idi.
Bununla belə, Mikel Artetanın komandası beşinci oyunda beşinci qələbəsini qazanmağı bacardı.
İngiltərə yığmasının vingeri Madueke komandasını yenidən önə çıxardı: əvəzlənmədən daxil olmuş Rikkardo Kalafiorinin cərimə meydançasına qüvvətli ötürməsini o, qapıdan keçirməyi bacardı.
Qələbəni isə şimal London derbisinin qəhrəmanı Ebereçi Eze rəsmiləşdirdi. Onun müdafiənin arxasına atdığı zərif ötürməni Qabriel Martinelli qapıçı Manuel Noyerin yanından ustalıqla ötürərək epizodu qolla tamamladı və beləliklə, “Bayern Münhen” mövsümdə ilk məğlubiyyətini aldı.
Bu matçdan əvvəl Çempionlar Liqasının liqa mərhələsində ilk iki sırada məhz "Arsenal" və "Bayern Münhen" qərarlaşmışdı. Ancaq "Arsenal" mövsüm boyunca olduğu kimi, bu oyunda da tam üstünlük göstərdi. İndi London klubu 3 xal fərqlə vahid liderdir:
"Arsenal" bu mövsüm cəmi bir dəfə məğlub olub və hazırda həm Premyer Liqa, həm də Çempionlar Liqasının lideridir. Əsas oyunçuların bərpa olunması ilə komanda daha da güclənmiş görünür.
“Bayern Münhen” London səfərinə qədər məğlubiyyətsiz idi, lakin bərabərlik qolundan sonra qısa bir dönəm istisna olmaqla, "Arsenal" qarşısında real qələbə şansı yaratmadı.