Çempionlar Liqası: Gecənin bütün nəticələri
Çempionlar Liqasının liqa mərhələsində 4-cü turun ilk gününün oyunları başa çatıb. Gecə futbol azarkeşlərinə böyük qarşıdurmalar və dramatik anlar yaşatdı.
90plus.az xəbər verir ki, “Enfild”də keçirilən turun əsas oyununda “Liverpul” “Real Madrid”i məğlub etdi. Arne Slotun komandası matç boyu üstün futbol sərgilədi və pressinqi nəticə verdi.
Günün digər önəmli qarşılaşmasında “Bayern Münhen” Paris səfərində 10 nəfərlə “PSJ” üzərində qələbə qazandı. Luis Dias matçın ilk hissəsində iki qol vurdu və ardından Əşrəf Hakimiyə qarşı sərt müdaxiləyə görə qırmızı vərəqə aldı. Amma qələbə gəldi.
Digər matçlarda da maraqlı nəticələr qeydə alındı. “Atletiko Madrid” evdə “Yunion Jilluaz” üzərində inamlı qələbə qazandı. “Tottenhem” “Kopenhagen”i darmadağın etdi, “Arsenal” isə səfərdə “Slaviya Praqa”nı məğlub etdi. “Yuventus” və “Sportinq” görüşü heç-heçə ilə nəticələndi.
Gecənin nəticələri:
Liverpul 1-0 Real Madrid
Qol: Mak Allister 60
PSJ 1-2 Bayern Münhen
Qollar: Dias 4, 32; Joau Neveş 74
Yuventus 1-1 Sportinq
Qollar: Arauxo 12; Vlahoviç 34
Atletiko Madrid 3-1 Yunion Jilluaz
Qollar: Alvares 39; Kallager 72; R. Sayks 80; Markos Llorente 90+6
Tottenhem 4-0 Kopenhagen
Qollar: Conson 19; Odobert 51; Van de Ven 62; Palinya 67
Olimpiakos 1-1 PSV
Qollar: Martins 17; Rikardo Pepi 90+3
Budyo Qlimt 0-1 Monako
Qol: Balogun 43
Slaviya Praqa 0-3 Arsenal
Qollar: Saka 32; Merino 46, 68
Napoli 0-0 Ayntraxt
© Copyright 2025, All Rights Reserved