Çempionlar Liqası: Gecənin qalibləri və məğlubları

Çempionlar Liqasının Liqa mərhələsində 1-ci turun oyunlarına bu gün yekun vurulub. Günün proqramında 6 qarşılaşma baş tutub.
90plus.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən “Kopenhagen” səfərdə “Bayer”lə sülh bağlayıb. Digər rəqib “Ayntraxt” isə İstanbul nəhəngi “Qalatasaray”ı darmadağın edib.
Turnirdə debüt edən Qazaxıstanın “Kayrat” klubu da “Sportinq”lə oyunda məğlubiyyətlə üzləşib.
ÇL – Liqa mərhələsi, 1-ci tur (18 sentyabr)
“Brügge 4 – 1 Monako”
(Belçika – Fransa)
Qollar: Tresoldi, Onyedika, Vanaken, Diakon – Fati
“Kopenhagen 2 – 2 Bayer”
(Danimarka – Almaniya)
Qollar: Larsson, Robert – Qrimaldo, Hatzidiakos (avtoqol)
“Mançester Siti 2 – 0 Napoli”
(İngiltərə – İtaliya)
Qollar: Haaland, Doku
“Ayntraxt 5 – 1 Qalatasaray”
(Almaniya – Türkiyə)
Qollar: Sançez, Uzun, Burkartd (2), Nauff – Akgün
“Sportinq 4 – 1 Kayrat”
(Portuqaliya – Qazaxıstan)
Qollar: Trinçao (2), Santos, Quenda – Edmilson
“Nyukasl 1 – 2 Barselona”
(İngiltərə – İspaniya)
Qollar: Qordon – Reşford (2)
© Copyright 2025, All Rights Reserved