Çempionlar Liqası: “Həftənin rəmzi heyəti” bilindi
UEFA Çempionlar Liqasının 6-cı turu arxada qalıb və qurum bu mərhələnin ən yaxşı çıxış edən futbolçularından ibarət rəmzi komandaya aydınlıq gətirib.
90plus.az xəbər verir ki, turnirin rəsmi saytı tərəfindən açıqlanan siyahıda lider “Arsenal”dan Noni Madueke - "Həftənin ən yaxşı oyunçusu" da yer alıb.
6-cı turun rəmzi komandası belədir:
Qapıçı:
• Unai Simon (“Atletik Bilbao”)
Müdafiəçilər:
• Niko O’Rayli (“Mançester Siti”)
• Məhəmməd Salisu (“Monako”)
• David Hantsko (“Atletiko Madrid”)
• Jül Kunde (“Barselona”)
Yarımmüdafiəçilər:
• Lenart Karl (“Bayern Münhen”)
• Riçard Rios (“Benfika”)
• Şarl de Ketelare (“Atalanta”)
Hücumçular:
• Entoni Qordon (“Nyukasl”)
• Meyson Qrinvud (“Marsel”)
• Noni Madueke (“Arsenal”)
Qeyd: 6 turdan sonra maksimum nəticə göstərən “Arsenal” 18 xalla zirvədə qərarlaşıb. İlk dördlüyü isə “Bayern” (15 xal), PSJ (13 xal) və “Mançester Siti” (13 xal) qapayır.
© Copyright 2025, All Rights Reserved